Ramiz Mehdiyev sabiq nazir Əli Abbasovu müşavir təyin edib

14 Avqust 2020 - 13:19

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovu vəzifəsindən azad edib.

Məsələ ilə bağlı “”a açıqlama verən Ə.Abbasov bildirib ki, hazırda AMEA prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

“Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. İndiki vəzifəm daha yüksəkdir və əhatə dairəsi genişdir. Hesab edirəm ki, indiki vəzifəm mənə daha yaxındır”, – deyə o, qeyd edib. (MediaPost)