Ramiz Mehdiyevin həyat yoldaşı AMEA-da vəzifəyə təyin olundu

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Kommisiyasının əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu nəzdində “Kompüter elmləri” və “Ehtimal nəzəriyyəsi” ixtisasları üzrə riyaziyyat elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya şurası fəaliyətə başlayıb.

Məlumata görə, AMEA İdarəetmə Sistemləri İnstitutu nəzdində təşkil olunan “Kompüter elmləri” ixtisası üzrə Dissertasiya Şurasının sədri vəzifəsinə professor Qalina Mehdiyeva təyin olunub.

Onu da bildirək ki, Qalina Mehdiyeva AMEA prezidenti Ramiz Mehdiyevin həyat yoldaşıdır. O, hazırda Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsndə Hesablama riyaziyyatı kafedrasının müdiri vəzifəsində çalışır/Yeniavaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Türkiyənin Liviyada hərbi əməliyyatlarda iştirak edə biləcəyini bəyan edib

Sonrakı məqalə

“”Azəriqaz” SOCAR-ın tərkibindən çıxarılacaq, iki vitse-prezident isə vəzifədən gedəcək” –