“Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməmişəm” –Sabiq nazir Ziya Məmmədov

“O toyda mənim iştirakımla bağlı yayılan xəbərlər cəfəngiyyatdır. Mən isə cəfəngiyyat adamı deyiləm. Mən etdiyim işi heç vaxt gizlətmirəm, deyirəm ki, olub”.

Azpost.info bildirir ki, bu sözləri sabiq Nəqliyyat naziri Ziya Məmmədov AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakı barədə yayılan məlumatları Demokrat.az-a şərh edərkən deyib.

O, sözügedən toy mərasimində iştirak etmədiyini söyləyib.

Keçmiş nəqliyyat naziri karantin qaydalarını pozaraq toy etməsinə görə eks-deputat İlham Əliyevin məhkəmə tərəfindən cəzalandırılmasından danışıb. Ziya Məmmədov bildirib ki, qanun hər bir vətəndaş üçün eynidir: “O insanlar məhkəmənin qərarı ilə cəzalandırılıblar. Ona görə də mən bu məsələyə əlavə şərh vermək istəməzdim. Şübhəsiz ki, hamı qayda-qanunlara əməl etməlidir. Mən hər zaman qanunların tələblərini dəstəkləyirəm. Qayda-qanun hamı üçün eynidir. Vəzifəsindən və sosial vəziyyətindən asılı olmayaraq, hamı qanunların tələblərinə əməl etməlidir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxanların sayı 23 milyonu ötüb

Sonrakı məqalə

“Siyavuş Novruzovun hərəkəti İnzibati Məcəllənin təsiri altına düşür” –