Dünyada koronavirusa yoluxanların sayı 23 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 23 milyonu keçib.

Bu barədə federal və yerli hakimiyyət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti öz hesabatında qeyd edib.

Universitetin məlumatına görə, dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 23 009 629-a çatıb, COVID-19 diaqnozu qoyulmuş 800 566 nəfər isə dünyasını dəyişib. Bu müddət ərzində 14 766 365 nəfər müalicə olunaraq sağalıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa Liqasının oyunu koronavirus səbəbindən ikinci dəfə təxirə salınıb

Sonrakı məqalə

“Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməmişəm” –