Ramiz Mehdiyevin vəkili məlum oldu

Bir sıra ağır cinayətlərlərdə ittiham olunan PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin hüquqlarını müdafiə edən vəkilin kimliyi bəlli olub.
AzPost-nun məlumatına görə, Gununsesi.info özəl mənbələrə istinadən xəbər verir bu, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyevdir.
Əldə etdiyimiz məlumata görə, Zaur Abıyev DTX-nın İstintaq Baş İdarəsində istintaq olunan cinayət işində dövlət təyinatı ilə Ramiz Mehdiyevin dindirilməsi prosesində iştirak edib.
Ancaq nədənsə Zaur Abıyev Gununsesi.info-nun “Ramiz Mehdiyev ittihamları qəbul edirmi” sualına cavab verməyib.
Sayt  onu da öyrənib ki, Ramiz Mehdiyev hüquqlarını qorumaq üçün müstəqil şəkildə vəkil tutmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.