Ramzan Kadırov AZAL-ın təyyarəsindən sağ çıxan bələdçilərə dövlət mükafatı verəcək

AZAL-ın təyyarəsi
AZAL-ın təyyarəsi

Zülfüqar Əsədov və Aydan Rəqimli müstəsna cəsarət və yüksək peşəkarlıq nümayiş etdiriblər, onlara “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı təqdim olunacaq.

AzPost bildirir ki bu barədə Çeçenistanın prezidenti Ramzan Kadırov Telegram kanalında məlumat verib.

“Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə”mükafatına layiq görüləcəklər”, – Çeçenistan preizdenti qeyd edib.

Qeyd edək ki, ötən il dekabrın 24-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin 3 ekipaj üzvü – İqor Kşnyakin Aleksandr Kalyaninov, Hökumə Əliyeva qəza zamanı dünyasını dəyişib, Zülfüqar Əsadov və Aydan Rəhimli isə xilas olublar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.