Ramzan Kadırov istefasından danışdı –Karyerasına harda yekun vuracaq?

Rusiya Federasiyasının Çeçenistan Respublikasının dövlət başçısı Ramzan Kadırov onun başqa vəzifəyə keçirilməsi ilə bağlı yayılan şayiələrin həqiqəti əks etdirmədiyini, karyerasına öz Respublikasında yekun vuracağını bildirib.

“RİA “Novosti”nin verdiyi xəbərə görə, o, bunu Rusiya Prezidentinin səlahiyyətli təmsilçisi təyin edilməsi ilə bağlı bəzi Rusiya KİV-lərində yayılan məlumata cavab olaraq deyib. Kadırov daha sonra əlavə edib ki, hər hansı bir məmur bir-iki gün efirdə görünmədikdə onun haqqında şayiələr yaranır.

Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan dövlət başçısının və hökumətin saytında R. Kadırovun “müvəqqəti əmək qabiliyyətini itirdiyi” təqdirdə vəzifələrinin icraçısının nazir Muslim Xuçiyevə keçməsi ilə bağlı Sərəncam dərc olunub. Çeçenistan dövlət başçısının mətbuat katibi Alvi Kərimov isə Kadırovun müalicə kursu keçdiyini və məzuniyyətdə olduğu və ya müvəqqəti əmək qabiliyyətini itirdiyi təqdirdə səlahiyyətlərinin region hökumətinin sədrinə keçməsinin adi qayda olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rus dilinə qarşı mübarizə aparmağın əleyhinəyəm” –

Sonrakı məqalə

Xocalı taborunun komandiri müalicə üçün kömək istəyir –