Erməni əsilli Raya Nazaryan Bolqarıstan parlamentinin sədri seçilib.
Azpost.info xəbər verir ki, onun lehinə 131, əleyhinə 66 deputat səs verib, 39 deputat isə bitərəf qalıb.
Seçildikdən sonra Nazaryan çıxışında deyib ki, deputatlar dialoq, ədalət, bərabərlik və Milli Assambleyanın nizamnaməsinə, qanunlarına və qaydalarına qeyd-şərtsiz riayət etmək baxımından ona arxalana bilərlər.
Azpost.info