Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları

Orkhan Ali 20 İyun 2024 - 15:12 (Last updated: 21 May 2025 - 20:15)
restoran

2024-cü ilin yanvar-mart aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,4% artaraq 317,6 milyon manat olub.

Bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Statistika İdarəsinin məlumatına görə, cari ilin I rübündə kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Bu dövrdə Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 106 milyon 486 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.8% çoxdur.

Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Belə ki, Nərimanovda ictimai iaşə dövriyyəsinin dəyəri 41 milyon 634,8 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3% çoxdur.

Üçüncü yerdə isə Yasamal rayonu dayanır. Cari ilin yanvar-mart aylarında Yasamalda ictimai iaşə dövriyyəsinin dəyəri 34 milyon 938 min manat olub ki, bu da 2023-ci ilin yanvar-mart ayları ilə müqayisədə 7.4% azdır.

Qeyd edək ki, hesabat dövründə paytaxtın dörd rayonunda ictimai iaşə dövriyyəsi azalıb, səkkiz rayonunda isə artıb.

Kafe və restoranların dövriyyələrinin ən yüksək artım faizi Nəsimi ( 51.2% artım) və Sabuncu (21.9% artım) rayonlarında, ən yüksək azalma faizi isə Xəzər ( 9.8% azalma) və Yasamal ( 7.4% azalma) rayonlarında qeydə alınıb.

Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ictimai iaşə dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb-azalma faizləri verilib(apa).

Bakının rayonları İctimai-iaşə dövriyyəsinin dəyəri, min manat Ötən ilin müvafiq dövrü ilə müqayisədə, faizlə
Səbail 106 486 9.8% artıb
Nərimanov 41 634,8 2.3% artıb
Yasamal 34 938,4 7.4% azalıb
Nəsimi 34 663,5 51.2% artıb
Xətai 26 394,4 3.8% azalıb
Nizami 18 301 2.3% artıb
Binəqədi 16 947.3 3.7% azalıb
Xəzər 13 981 9.8% azalıb
Qaradağ 9 106.1 3.6% artıb
Suraxanı 7 296 18.4% artıb
Sabunçu 6 277,3 21.9% artıb
Pirallahı 1 552.2 4.6% artıb

Post navigation

Previous: Azərbaycanda qadınların iştirakçılığı sahəsində vəziyyət necədir? –
Next: Raya Nazaryan Bolqarıstan parlamentinin sədri seçilib

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.