“Rayonlar yenidən qurulandan sonra köçkünlərin qayıdışından söz açacağıq” –"Qaçqınkom"un sədr müavini

“Böyük qayıdış çoxşaxəli və mürəkkəb prosesdir”.

Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib. Hüseynov bildirib ki, ilkin olaraq Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dövlətinə, mülki əhaliyə, mədəniyyətimizə, tariximizə, ekologiyamıza vurulan ziyanın və zərərin həcmi müəyyənləşdirilməlidir: “Bundan sonra kompensasiya ilə bağlı Ermənistana qarşı beynəlxalq tribunalarda, məhkəmələrdə iddialar qaldırılacaq. Ancaq Vətən müharibəsi dövründə deyil, ümumiyyətlə, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycana vurulan ziyanın həcminin müəyyənləşdirilməsi labüddür. Bu məsələ ilə bağlı Baş nazir son videoformatda keçirilən müşavirədə öz məruzəsini edib. Bundan sonra təhlükəsizlik məsələsinə diqqət ediləcək. İşğal altında olan ərazilərdə demək olar ki, bütün infrastruktur, yaşayış məntəqələri tamamilə dağıdılıb, daş üstündə daş qalmayıb. Ərazilərin böyük hissəsi minalanıb. Növbəti addım həmin əraziləri həm minalardan, həm partlamamış hərbi sursatlardan, həm də radioaktiv bioloji, kimyəvi və digər maddələrdən təmizlənməlidir. Bundan sonra infrastrukturun qurulmasına başlanılacaq. Artıq bu sahədə Prezidentin tapşırığına uyğun işlər başlanılıb, yollar çəkilir, müvafiq göstərişlər verilib. Su, enerji, qaz təchizatı təmin olunandan, şəhərlərin və rayonların yenidən salınmasından sonra artıq məcburi köçkün və qaçqınlarımızın qayıdışından söz açacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“2020-ci ilə qədər şəhid olanların ailələri və Qarabağ qazilərinə də yardım nəzərdə tutulub” –

Sonrakı məqalə

Azad edilən rayonlara qayıdacaq məcburi köçkünlər üçün imtiyazlar və güzəştlər nəzərdə tutulur –