Rayonlara gediş-gəlişin hansı şəraitdə mümkün olduğu açıqlandı –

OPERATİV QƏRARGAH
10 İyul 2020 - 18:05

“Xüsusilə də xaricdəki tələbələrlə bağlı valideynlər müraciət edirlər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, xaricə reyslərdə məqsəd xaricdəki vətəndaşlarımızın Azərbaycana gəlməsidir: “Tibbi ehtiyaclarla bağlı Azərbaycan vətəndaşları xaricə gedə bilərlər. Biznes ehtiyacları ilə bağlı da xaricə gedənlər ola bilər. Amma biz hər zaman vətəndaşlarımıza xaricə getməməyi tövsiyə edirik”.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə deyib ki, müalicəyə ehtiyacı olanların, iş fəaliyyəti ilə əlaqədar getməsi vacib olanların  bölgələrə gediş-gəlişinə icazə verilir.