Rayonlararası gediş-gəlişin tam açılması məsələsinə baxılacaq.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.
Qeyd edilib ki, sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.
Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları isə 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonunda isə sərt karantin rejiminin tətbiqi davam edəcək. (APA)