“Real” “Barselona”nı məğlub edib

İspaniya Futbol çempionatının 26-cı turunun matçında “Real” evdə “Barselona” nı 2:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Madriddə keçirilib. Matçda qolları Vinisius Junior (71-ci dəqiqə) və Mariano Dias (92) vurublar.

“Real”ın keçmiş futbolçusu, İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldo matçı izləyib. Turnir cədvəlində “Real” 56 xal toplayaraq birinci yerə yüksəlib. “Barselona” 55 xalla ikinci pilləyə enib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən müəllimlərin işə qəbul müsabiqəsi başlanır

Sonrakı məqalə

Qazaxıstan Azərbaycana təyyarə uçuşlarını dayandırdı