REAL-ın təsis qurultayı keçirildi –Sədri Siyasi Komitə seçəcək

Bu gün Respublikaçı Alternativ partiyasının onlayn formatda təsis qurultayı keçirilib.

Bu barədə APA-ya partiyanın üzvü Natiq Cəfərli məlumat verib.

O qeyd edib ki, 100-ə yaxın qurultay nümayəndəsinin iştirakı ilə qurultayın əsas sənədləri – nizamnaməsi və proqramı qəbul edilib: ”Qurultay partiyanın 6 nəfərdən ibarət siyasi komitəsini seçdi və 5 nəfərdən ibarət nəzarət təftiş komissiyası seçildi. Nizamnaməyə uyğun olaraq partiyanın siyasi komitəsi növbəti toplantısında partiyanın sədrini və icra qurumlarını seçəcək. Əldə olunan sənədləri yaxın zamanda Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir