“Real Madrid” braziliyalı futbolçu ilə müqaviləni yeniləyib

İspaniyanın “Real Madrid” komandası futbolçusu Eder Militao ilə müqaviləni yeniləyib.

Klubun rəsmi saytı  xəbər verir ki, 26 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 2028-ci ilin yayınadək uzadılıb.

Braziliyalı oyunçu zədə səbəbindən bu mövsüm cəmi bir matçda meydana çıxıb.

Qeyd edək ki, Braziliya millisinin də formasını geyinən Eder Militao “Real Madrid”ə 2019-cu ildə Portuqaliyanın “Portu” klubundan transfer olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.