“Real Madrid” klubunun keçmiş prezidenti koronavirusdan ölüb

1995-ci ildən 2000-ci ilə qədər Madridin “Real” futbol klubunun prezidenti olan Lorenzo Sanz yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxaraq dünyasını dəyişib.

APA “Marca” portalına istinadən xəbər verir ki, ispaniyalı futbol mütəxəssisi yüksək hərarəti müşahidə edildikdən bir neçə gün sonra xəstəxanaya yerləşdirilmiş və COVID-19 üçün verdiyi yoxlamalar müsbət nəticə vermişdi.

76 yaşlı Sanz COVID-19 üçün yüksək risk kateqoriyasına daxil edilmişdi. O, martın 21-də dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Heydər Əliyev 24 il əvvəl TQRT-yə DTK-dakı işi ilə bağlı nələri açıqlayıb? –

Sonrakı məqalə

Ermənistan prezidenti Dağlıq Qarabağa gəlib