“Real Madrid” Mbappenin forma satışından ilk gündə 800 min qazandı

İspaniyanın “Real Madrid” klubu yeni transferi Kilian Mbappenin forma satışından yüksək məbləğdə gəlir əldə edib.

“Kral klubu” ilk gündə 800 000 avro qazanıb. İndiyədək 26 yaşlı hücumçunun ümumilikdə 7000 ədəd köynəyi satılıb.

Qeyd edək ki, iyulun 16-da Kilian Mbappenin təqdimetmə mərasimi keçiriləcək. Tədbir “Real Madrid”in ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunda baş tutacaq(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.