“Real Madrid” öz meydanında “Çelsi” klubu ilə heç-heçə edib

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Bu raundun ilk oyunu İspaniyada “Real Madrid”lə İngiltərənin “Çelsi” klubu arasında baş tutub. “Alfredo Di Stefano” stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Görüşdə ilk qolu 14-cü dəqiqədə qonaqların heyətində Kristian Pulişiç vurub. 29-cu dəqiqədə isə Kərim Benzema hesabı bərabərləşdirib. Beləliklə, London klubu çətin Madrid səfərində sərfəli nəticə əldə edib.

Yarımfinal mərhələsinin digər matçında Fransanın “Paris Sen-Jermen” və İngiltərənin “Mançester Siti” klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Arif Quliyevin xəstəxanadan görüntüsünü yayan şəxs cəzalandırılıb

Sonrakı məqalə

ABŞ gəmiləri Fars körfəzində İran gəmilərinə yaxınlaşıblar