ABŞ gəmiləri Fars körfəzində İran gəmilərinə yaxınlaşıblar

ABŞ Hərbi-Dəniz Qüvvələrinin gəmiləri Fars körfəzində onlara yaxınlaşan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAHHərbi-Dəniz Qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi ediblər və bundan sonra İran gəmiləri təhlükəsiz bir məsafəyə çəkilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar donanmasından bildirilib.

“Amerika komandaları radio və səsgücləndiricilər vasitəsi ilə çox sayda xəbərdarlıq göndəriblər, lakin SEPAH-ın gəmiləri yaxın məsafədən manevr etməyə davam ediblər. “Firebolt” qayığının heyəti daha sonra xəbərdarlıq atəşi edib və İran gəmiləri Amerika gəmilərindən təhlükəsiz bir məsafədə geri çəkiliblər”, – deyə açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Real Madrid” öz meydanında “Çelsi” klubu ilə heç-heçə edib

Sonrakı məqalə

Dolların bu günə rəsmi məzənnəsi