“Referans Klinik” 100 min manat vegi borcunu ödəmir

Referans Klinik
Referans Klinik

“Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda borcu yaranıb. MMC-nin bu gün üçün vergiyə olan borcu 100 min manata yaxındır.

Nizamnamə kapitalı 250 manat olan MMC-nin qanuni təmsilçisi Aqil Mirzəyevdir.

Qeyd edək ki, MMC bir neçə dəfə də vergi hesabatını vaxtında təqdim etmədiyinə görə maliyyə sanksiyası ilə üzləşib.

Bildirək ki, Bakının məşhur klinikalarından olan “Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” 2016-cı ildən etibarən laborator, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.MMC-nin Bakı şəhərində 16, bölgələrdə isə 14 filialı var. //Musavat.com

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.