“Regiona səfər etməyi planlaşdırırıq” –Rusiyalı həmsədr

“Sərhədlər açılan kimi regiona səfər etməyi planlaşdırırıq”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

Onun sözlərinə görə, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətlə əlaqədar Azərbaycan və Ermənistan tərəfi ilə təmasdadırlar: “Hazırda sərhədlər bağlıdır. Ona görə də regiona səfər gerçəkləşdirə bilmirik. Sərhədlər açılan kimi regiona səfər etməyi planlaşdırırıq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir