KTMT Baş katibi sülhməramlıların Qarabağdan çıxarılmasını şərh edib

“Azərbaycanın Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var”.

Azpost.info xəbər verir ki, bunu KTMT Baş katibi İmanqali Tasmaqambetov bildirib.

Onun sözlərinə görə, regionda sabitlik Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır.

“Rusiya sülhməramlılarının Qarabağda olmasına gəlincə, bura təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri olan Azərbaycan ərazisidir”, – Tasmaqambetov deyib.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmalıyıq” –

Sonrakı məqalə

2025-ci il yanvarın 1-dən rəsmiləşdirilməyən xərclər gəlirdən çıxılmayacaq