Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Regionlardakı bələdiyyələrlə bağlı yeni layihə start götürüb

User 30 May 2025 - 10:15 (Last updated: 31 May 2025 - 10:29)
beled

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti regionlarda bələdiyyələrin institusional potensialının artırılması üçün “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihəni həyata keçirir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 5 ay müddətində icra olunacaq. Layihə Masallı, Astara, Cəlilabad, Lənkəran, Şamaxı, Şirvan və Quba rayonlarını əhatə edir. Hər rayonda iki dəfə olmaqla ümumilikdə 14 seminar-treninq keçirilməsi planlaşdırılır. Tədbirlərdə 140 nəfər bələdiyyə üzvü və işçisinin iştirakı nəzərdə tutulur. Layihənin əsas məqsədi regionlarda bələdiyyələrin fəaliyyətlərinin təkmilləşdirilməsi, bələdiyyə-vətəndaş və bələdiyyə-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, həmçinin yerli idarəetmənin maliyyə dayanıqlığının gücləndirilməsidir. Təlimlər iki mərhələdə keçiriləcək.

Birinci mərhələdə bələdiyyələrin qanunvericilik bazası, real təcrübəsi və əhali ilə əlaqələri müzakirə olunacaq. Eyni zamanda, 2024-cü ildə qüvvəyə minmiş Qrant Qanunundakı dəyişikliklər çərçivəsində bələdiyyələrin maliyyə resurslarına çıxış imkanları izah ediləcək. İkinci mərhələdə iştirakçılar layihə təkliflərinin hazırlanması, müsabiqə və tenderlərdə iştirak qaydaları, sosial sifarişlər və hesabatlılıq mövzularında praktiki biliklər əldə edəcəklər. Təlimlərdə həmçinin sosial problemlərin həllinə cəmiyyətin cəlb olunması, insan hüquqlarının, xüsusilə qadın hüquqlarının qorunmasında bələdiyyələrin rolu müzakirə ediləcək.

Layihənin sonunda 140 nəfər bələdiyyə üzvünün yerli özünüidarəetmə sahəsində bilik və bacarıqlarının artırılması, qanunvericilik və praktiki fəaliyyətlə bağlı məlumatlılığının yüksəlməsi gözlənilir. Eyni zamanda, iştirakçılar dövlət sifarişləri üzrə fəaliyyət imkanlarını mənimsəyəcək, layihə təklifləri hazırlayaraq müsabiqə və tenderlərdə uğurla iştirak edə biləcəklər. Bu layihə bələdiyyə-vətəndaş və bələdiyyə-sahibkar münasibətlərinin inkişafına, yerli idarəetmənin sosial funksiyalarının güclənməsinə və regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin daha fəal iştirakına xidmət edəcək. Xüsusilə qadın hüquqlarının müdafiəsində bələdiyyələrin imkanları və vəzifələri ilə bağlı iştirakçılar məlumatlandırılacaq.

Layihənin həyata keçirilməsi nəticəsində regionlarda bələdiyyələrin sosial-iqtisadi inkişaf prosesindəki rolu artırılacaq, onların daha çevik və təşəbbüskar fəaliyyət göstərməsi təmin ediləcək.

AzPost.az

Post navigation

Previous: Milli Məclisdə təcili çağırış
Next: Adına gizli mərc hesabı açıla bilər 

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçiriləcək. Azpost.info təqdim edir.     AzPost.az
Read more about Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.