2023-cü ildə rekord sayda rusiyalı (5750 nəfər) Cənubi Koreyadan sığınacaq istəyib.
Azpost.info xəbər verir ki, bu barədə CNN ölkənin miqrasiya xidmətinin məlumatlarına istinadən yazıb.
Bu 2022-ci illə müqayisədə 5 dəfə çoxdur. Həmçinin 1994-2019-cu illərdə Rusiyadan sığınacaq üçün müraciətlərin sayından çoxdur.
Cənubi Koreyada ciddi immiqrasiya qanunları hökm sürür. O cümlədən sığınacaq tələbləri ilə bağlı qanunlar sərtdir.
Son 30 il ərzində yüz mindən çox müraciətə baxılıb və yalnız 4 min nəfərə qaçqın statusu verilib.
Rusiya vətəndaşları sığınacaq üçün bu ölkənin hakimiyyət orqanlarına müraciət etsələr də, Cənubi Koreya Ədliyyə Nazirliyi onları rədd edib. İdarə hesab edib ki, hərbi xidmətdən yayınma ölkədə qaçqın statusu almaq üçün əsas deyil.
Azpost.info