Rektor Polad Həşimovun qızına tələbə biletini təqdim etdi –

FOTO
05 Oktyabr 2021 - 15:34

Xəbər verdiyimiz kimi, şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetində təhsil alacaq.

ATU-nun rektoru Gəray Gəraybəyli Aybəniz Həşimovaya təhsildə uğurlar arzulayıb, ona tələbə biletini və universitet adından hədiyyə olaraq noutbuk təqdim edib. Həmçinin bildirib ki, universitetin Elmi Şurasının qərarı ilə A.Həşimovaya əlavə olaraq 200 manat məbləğində təqaüd ayrılıb.