“Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər”.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər: “Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək”.