Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Bu barədə nazirlikdən xəbər verilib. Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Elşən Hümbət oğlu Mustafayev Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.