Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı

Rəsulzadə və AXC rəsmiləri 1918-ci il Trabzon konfransında –

User 28 Yanvar 2025 - 09:25 (Last updated: 21 May 2025 - 20:15)
resulzade trabzon

İnternetdə 1918-ci ilin mart ayında Məhəmməd Əmin Rəsulzadə və AXC üzvlərinin iştirakı ilə keçirilmiş Trabzon konfransına aid maraqlı kinoxronika yerləşdirilib.

AzPost bildirir ki, bu kadrlarda AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir kinokadrları yer alıb.

Kinoxronikanın 2-ci dəqiqəsindən etibarən M.Ə.Rəsulzadənin əks olunduğu kadrları görmək mümkündür. Kadrlarda həmçinin Azərbaycan parlamenin gələcək sədri Həsən bəy Ağayevi, Xəlil Xasməmmədovu, Mirhəsən Hacınskini və Əhməd bəy Pepinovu görmək olur.

Qeyd edək ki, Trabzon konfransı 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilib.

Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli və Əhməd bəy Pepinov (tərcüməçi) idilər.

Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Seym Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün gürcü sosial-demokrat Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyəti yaratmışdı. Nümayəndə heyətinin azərbaycanlılardan ibarət hissəsini “Müsavat”dan Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski və Xəlil bəy Xasməmmədov, Müsəlman Sosialist Blokundan İbrahim bəy Heydərov, “İttihad”dan Mir Yaqub Mehdiyev, “Hümmət”dən Əkbər ağa Şeyxülislamov təşkil edirdi. Danışıqların 12 martda başlaması planlaşdırılırdı və bu səbəbdən nümayəndə heyəti Trabzon şəhərinə getmişdi.

Zaqafqaziya seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında separat sülh müqaviləsi imzalanır. Bu sazişə görə, Qafqaz sərhədləri 1877-ci ilin sərhədləri kimi tanınırdı. Müqavilənin şərtlərinə görə Rusiya imperiyasının Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilir. Zaqafqaziya seymi bu qərarları tanımır və Petroqrada Xalq Komissarları Sovetinə teleqram göndərir.

Osmanlı hökuməti Zaqafqaziya seyminə ultimatum verərək onlardan qoşunlarını Qars, Batum və Ərdəhandan dərhal çıxarmaqlarını tələb edir.

Müsavat Partiyasından olan nümayəndələr danışıqlar boyu Osmanlının verdiyi ultimatumun qəbul edilməsini müdafiə edirlər. Onlar əks halda, seymdən ayrılıb Azərbaycanın müstəqilliyini elan edəcəklərini bəyan edirlər.

13 aprel 1918 – ci ildə Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edib.

Azərbaycan fraksiyası bu qərara qoşulmur. Buna cavab olaraq türk qoşunları Qars və Ərdəhanın ardınca Batumu tutdu və Ermənistan (Gümrü) istiqamətində irəliləməyə başlayır. Mayın əvvəlində Zaqafqaziya hökuməti Osmanlı ilə yeni danışıqlara Batum şəhərində razılıq verir.

Batum danışıqları nəticəsində Osmanlı ordusu Azərbaycana dəvət olunur. Mayın 28-də Milli Şura Azərbaycan Cümhuriyyətinin yaradıldığını elan edir.

Azpost.info

Post navigation

Previous: Çinin yeni tətbiqi ChatGPT-ni geridə qoydu
Next: Qalmaqallı cərrah yenidən iş başında

Oxşar xəbərlər

menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.