İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən “German Hospital”ın qalmaqallı cərrah, mama-ginekoloqu Ləman Əliyeva yeni iş yerində fəaliyyətə başlayıb.
AzPost xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, o, Bakıda fəaliyyət göstərən özəl xəstəxanaların birində çalışır.
Bir müddət ölkə gündəmindən düşməyən cərrah mama-ginekoloq artıq bir neçə doğuş prosesini də həyata keçirib.
Qeyd edək ki, yanvarın 8-də qalmaqallı cərrah, mama-ginekoloq Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən “sürpriz”lə qarşılaşıb. O, əməliyyatda olarkən German hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar və L. Əliyeva işdən azad edilib.