Riskdən asılı bazar – Ölkədə sığortanın vəziyyəti necədir?

sığorta olunanların sayı
sığorta olunanların sayı

Bəşər tarixi yaranandan dünyada həmişə insanlardan asılı olaraq və ya onların iradəsi gücündə olmayan bir sıra hadisələr baş verir ki, bunlardan da müxtəlif ölkələrə, təsərrüfatlara, ayrı-ayrı şəxslərə ziyan dəyir. Bu zərərlərin də qarşısını almaq üçün cari xərclər kifayət etmir. Bunların qarşısını almaq üçün əvvəlcədən müəyyən ehtiyyat fondları yaradılır. Bu ehtiyyat fondlarının biri də sığorta formasında yaradılan ehtiyyat fondlarıdır.

Sığorta müəyyən hadisə baş verdikdə arzuolunmaz nəticələrdə riskin dərəcəsinin aşağı salınmasının əsas metodudur. Sığorta riskləri- əmlak, maliyyə, iqtisadi, siyasi, təbii risklər formalarında olur.

Azərbaycanda sığorta işinin təşkilinə XIX əsrin ortalarında başlanıb və каpitаlist istеhsаl münаsibətlərinin inкişаfı, nеft sənаyеsinin mеydаnа gəlməsi və sаhibкаrlığın fəallaşması ilə sıх əlаqədаrdır.

ХIХ əsrin ахırlаrındа Аzərbаycаnın nеft sənаyеsinə хаrici invеstоrlаrın cəlb еdilməsi nəticəsində sığorta işinin inкişаfındа tərəqqi bаşlаnır, ilк nеft və gəmiçiliк şirкətləri mеydаnа gəlir. Sənаyеçilərin qаrşılıqlı sığortası, yаnğındаn sığorta, vətəndаşlаrın şəхsi əmlакının sığortası gеniş yаyılır. Sığorta işi səhmdar və birgə sığorta cəmiyyətləri tərəfindən təşkil edilərək həyata keçirilirdi. Bu dövrdə Azərbaycanda xarici ölkələrdən olan şirkətlərin filialları fəaliyyət göstərirdilər. Аzərbаycаndа əsаsən dəniz gəmilərinin sığorta еdilməsi üzrə iхtisаslаşmış ingilis şirкəti «Llоyd»un filiаllаrı, hаbеlə «Rus Llоyd»un və Аlmаniyаdаn оlаn ingilis şirкətinin iкi nümаyəndəliyi, Rusiyа və İrаnin sərhəd limаnlаrınа qədər dаşınаn yüкlərin sığortası ilə məşğul оlаn «Rеpmаn və Rust» ticаrət еvi ilə təqdim еdilən «Şimаli Аlmаn Llоyd»u, həmçinin gəmilərin və yüкlərin sığortasını аpаrаn «Аlmаn, Livаntiyа хətti» cəmiyyəti fəаliyyət göstərməyə bаşlаyırlаr.

1912 ci ilin məlumаtlаrınа görə Bакıdа 30 sığorta cəmiyyəti və аgеntliyi fəаliyyət göstərib. Аzərbаycаndа sığorta işinin ilk bаşlаnğıcındа görкəmli sənаyеçilər, Dövlət Bаnкı şöbəsinin uçоt-ssudа коmitəsinin üzvləri: Hаcı Zеynаlаbdın Tаğıyеv, Musа Nаğıyеv, Ələкbər Dаdаşоv, Mustаfа Rəsulоv və bаşqаlаrı dururdulаr.

Ölkəmizdə  sığorta işi  1990-cı ildən sonra  müstəqil  inkişaf  etməyə başladı. 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldı. Milli sığorta bаzаrı Аzərbаycаndа 1992-ci ilin əvvəlindən fоrmаlаşmаğа bаşlаyıb.

Milli Məclisin 25 iyun 1999-cu il qərarı ilə respublikamızda ilk dəfə «Sığorta haqqında» qanun qəbul edilib. Bu qanunla ölkəmizdə sığorta işi hüquqi bazaya malik olmuş, milli sığorta bazarının yaranmasına şərait yaradılıb. Respublikamızın müasir sığortası, maliyyə sisteminin ən önəmli sferalarından biridir. O istehsalının aşağı düşməsinin qarşısının alınmasında, onun fasiləsizliyinə  zəmanət yaradılmasında əhəmiyyətə malikdir.

Sığorta sektoru maliyyə dayanıqlığının və iqtisadi təhlükəsizliyin təmin edilməsi yollarından biri olmaqla, sosial müdafiə zəncirinin əsas halqasını təşkil edir və bir növ ehtiyatlılıq tədbiridir. Sığorta sistemi tətbiq edildiyi ilk gündən etibarən məhz bu prinsip ilə işləyir – “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün”

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 467,53 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 30,3 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 134,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,1 % çoxdur.

4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.

2023-ci ilin yanvar-mart aylarında isə Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 70 mln. 543,7 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə könüllü tibbi sığorta üzrə toplanan sığorta haqqlarının həcmi 67 mln. 850.4 min manat idi.

Bu dövrdə tibbi sığorta üzrə ödənişlərin həcmi 17 mln. 40.8 min manat olub ki, bu da əvvəlki dövrlə müqayisədə 2.3% və ya 392 min manat azdır. Ötən ilin müvafiq dövründə bu sığorta növü üzrə ödənişlərin həcmi 17 mln. 432.8 min manata bərabər olub.

Sığorta ödənişlərinin azalması könüll tibbi sığorta üzrə zərərliliyi 6% azaldıb. Belə ki, 2022-ci ilin ilk 3 ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 25.7 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 3 ayında bu rəqəm 24.15 manata bərabər olub.

Sığortanın başlıca predmeti riskdir.

Ətrafımızdakı mövcud və potensial risklər də qaçılmazdır. Bu risklərin doğru dəyərləndirilməsi üçün ən optimal təminat mexanizmi də elə məhz sığorta sistemidir.

Sığorta bazarında qlobal inkişaf tendensiyası yalnız mövcud və potensial sığortalı kontingenti sosial məsuliyyətin əhəmiyyətini iqrar etdiyi zaman gerçək olur. Bu günün gerçəyi isə sabahın sığortasıdır.

Dünya sığorta ekspertlərinin rəyinə görə, stabil iqtisadiyyata malik ölkələrdə ÜDM-nin (ümumi daxili məhsul) minimum 2%-ni sığorta yığımları təşkil etməlidir.

PAŞA Sığorta şirkəti İdarə Heyətinin sədri Ülviyyə Cabbarova sığorta sahəsində çətinlikərdən danışarkən qeyd edib ki, ən çox ortaya çıxan problemlər sırasında olan yüksək sığorta tarifləri, keyfiyyətsiz xidmət, sığorta müqavilələrinin aydın olmayan şərtləri, obyektiv şəkildə hesablanmayan zərər məbləği və s. kimi məqamlar sığorta şirkətlərinə qarşı inamsızlığın yaranması ilə nəticələnir. Bu da öz növbəsində sığortaya olan marağın azalmasına gətirib çıxarır. Sığorta şirkətlərində müştəri ehtiyaclarının diqqət mərkəzində saxlanılması, daxili proseslərin təkmilləşdirilməsi bu cür problemlərin həll olunması üçün çox vacibdir. Daha öncə də qeyd etdiyim kimi, şirkətimiz bu istiqamətdə davamlı işlər aparır.

Digər tərəfdən sığorta məhsullarına tələbatın az olması əhalinin sığorta məlumatsızlılığından irəli gəlir. “Bunun ən bariz nümunəsini icbari əmlak sığortası istiqamətində müşahidə edirik. İllik sığorta haqqının təminatla müqayisədə olduqca aşağı olmasına baxmayaraq daxili hesablamlarımıza görə məhsul üzrə penetrasiya cəmi 5.3% təşkil edir. Nəzərə çarpan odur ki, yalnız son vaxtlar iri ticarət obyektlərində, yaşayış binalarında baş verən yanğın hadisələri əmlakın sığortasına olan tələbatı aktuallaşdırıb”.

Son illərdə bu istiqamətdə nisbi artım müşahidə olunur, bu da aparılan maarifləndirmə işlərinin nəticəsidir. Bununla yanaşı, məlumdur ki, bazar yalnız icbari sığorta məhsullarının hesabına inkişaf edə bilməz. Bu növ sığorta məhsullarının satışı asan olduğu üçün sığorta şirkətləri çox vaxt onlara fokuslanırlar. Müştərilər könüllü sığortanın faydasından daha az məlumatlı olduqlarına görə, könüllü sığortanın bir sıra təminat üstünlüklərini əldən qaçırırlar. İdealda icbari sığorta müştərilərin ehtiyaclarını daha geniş əhatə edən könüllü sığorta növlərinin inkişafına təkan verməlidir.

Sığorta üzrə ekspert İlkin İbrahimov deyir ki, bazarda ümumi qiymətlər qalxdığı üçün sığorta ödənişləri sərfəli deyil: “Məsələn, sığorta şirkətlərinin daşınmaz əmlakla bağlı əmlak xidmətlərində hazırda tikinti materiallarının qiyməti qalxıb. Avtonəqliyyat vasitələri ilə bağlı xidmətlərdə də həm xidmət, həm də detalların qiymətləri dəyişib. Əlavə olaraq, həyat sığortası da tibbi xidmətlərlə bağlıdır. Bu gün bilirik ki, tibbi xidmətlər və dərman məhsullarında bahalaşma gedib. Əgər məntiqi nəticə çıxarırıqsa, burada sığorta ödənişləri də artmalı idi. “Həyat sığortaları ölkəmizdə daha çox yığımlara malikdir. Hansı işçilərin əmək müqaviləsi varsa, onlar istehsalatda baş verən bədbəxt hadisələrlə bağlı məcburi sığortalanır. Bu hissədə məcburilik olduğu üçün yığım daha yaxşıdır. Amma ödənişlərə gəldikdə, təəssüf ki, bir qədər passivdir”.

Ekspert deyib ki, narazılıqların olduğu sahələrdən biri avtonəqliyyat vasitələrinin icbari sığortası idi. Bu qaydalara dəyişiklik oldu. İcbari sığortası üzrə sığorta haqlarının yeni qayda ilə hesablanmasına başlanılıb. Yəni indiyədək sığorta haqlarının hesablanmasında yalnız nəqliyyat vasitəsinin mühərrik həcmi, nəqliyyat vasitəsinin tipi nəzərə alınırdısa, indi artıq nəqliyyat vasitəsini idarə edən şəxsin yaşı, sürücülük təcrübəsi, nəqliyyat vasitəsinin istismar müddəti, nəqliyyat vasitəsinin idarə olunduğu inzibati ərazi və digər faktorlar nəzərə alınır. Üstəlik, artıq zərərlərin birbaşa tənzimlənməsi ilə əlaqədar yeni qaydalar tətbiq olunub. Hadisə baş verən zaman sığortalı şəxs ona zərər vuran şəxsin sığorta şirkətinə müraciət etmək məcburiyyətində deyil. O, artıq öz sığorta şirkətinə müraciət edə bilər. Yəni vətəndaş məmnunluğunun artırılması ilə bağlı bu işlər də gedir. Lakin bu, kifayət deyil”.

Sığorta sektorunda həmişə olduğu kimi, bu gün də müəyyən çatışmazlıqlar var və görünən odur ki, bu qısa müddətdə aradan qaldırıla bilməz. Onlardan ən birincisi insalar arasında sığortaya marağın və inamın yaradılmasıdır. Mənfi hallardan biri sığorta sektorunda fəaliyyət göstərən şirkətlərin bir çox hallarda müşətərinin ödənişini düzgün həyata keçirməməsi və ya bundan yayınmağa cəhd etməsidir. Təəssüf ki, Azərbaycanda sığrorta bazarının ən böyük hissəsi avtomobillərin icbari sığortasının payına düşür. Yəni, hazırda sığorta şirkətləri ən çox bu sığorta növüdnəki məhsulları sata bilir, bununla bazarda mövcudluqlarını saxlaya bilirlər.

ÜDM-in strukturunda sığortanın payı cüzi olaraq qalmaqdadır. Sığorta haqlarının ÜDM-də xüsusi çəkisi hələ də 1,0% göstəricisini aşa bilmir. Əgər bu sahədə Avropa Birliyi ölkələri ilə paralellər aparsaq, o halda görərik ki, onlarda bu göstərici 5%-dən 16%-dək dəyişir. Mərkəzi və Şərqi Avropa ölkələrində isə təxminən 5% civarındadır.

Ölkədə sığorta bazarının kapitallaşması aşağı səviyyədədir. Bu problem sonda sığorta şirkətlərinin risk qəbuletmə imkanlarının məhdudlaşması ilə nəticələnir.

Həmçinin son zamanlar ölkəmizdə icbari sığortalanmalı olan, lakin sığortalanmayan obyektlərə dəymiş zərərlərin sığorta şirkətləri tərəfindən deyil, dövlət büdcəsi tərəfindən qarşılanması və s. amillər ölkəmizdə sektorun inkişafına dair qəbul edilmiş qərarların tətbiqindəki böyük problemlərin mövcudluğunu, proseslərə nəzarətin isə çox zəif olduğunu göstərir.

Azərbaycanda sığorta mədəniyyətinin formalaşmaması həmçinin özünü ölkədə yaşayan insanlar arasında sığorta biliklərinin azlığı, sığorta barədə məlumatsızlığı ilə biruzə verir. Xüsusi ilə də paytaxtdan kənarda, regionlarda yaşayan vətəndaşların sığorta bilikləri aşağıdır.

Əhalinin sığortanın mahiyyəti barədə məlumatsız və aşağı bilik səviyyəsinə malik olması potensial müştərilərin real müştərilərə çevrilməsi prosesini əhəmiyyətli dərəcədə ləngidən amillərdən biridir.

Bu baxımdan dövlət və sığorta şirkətləri sektorun effektiv idarə edilməsi və potensial müştəri bazasına effektiv təsir göstərmək üçün istər ayrı-ayrılıqda, istərsə də müştərək olaraq maarifləndirici tədbirləri gücləndirməlidir.

Sığorta cəmiyyətlərinə etibarın aşağı səviyyədə olması sığorta biznesinin etibarlığına da zərbə vuran amillərdir. Məhsul barədə kifayət qədər məlumatı olmayan, müqavilənin şərtləri ilə tam tanış olmadığı üçün istisna olunan risklər nəticəsində baş vermiş hadisəyə görə imtina alan, ödəniş edilməyən müştəri öz əsassız narazılığını bütün ətrafına danışıraraq və ictimaiyyət arasında “Sığorta şirkətləri ödəniş etmir!” formalaşır.

Ekspertlərin fikrincə, burada günahkar tərəf kimi müştəriləri göstərmək düzgün olmaz. Hətta, demək olar ki, bu problemdə məhz sığorta şirkətlərinin passivliyi əsas rol oynayır. Çünki, müqavilə imzlanarkən müştəriyə müqavilə şərtləri ətraflı izah edilməli, gələcəkdə ehtimal olunan anlaşılmazlıqlara qarşı şərtlər öncədən müəyyənləşdirilməlidir.

Sığorta şirkətlərinə qarşı etibarsızlığın yaranmasının digər səbəbi isə bəzən müqavilə şərtlərinə görə sığortalı tərəfə ödəniş etməli olduğu halda sığorta şirkətlərinin bu ödənişdən boyun qaçırması, ödənişi müqavilədə nəzərdə tutulandan qat-qat aşağı hesablaması və ya ödəniş üçün müddətini bilərək uzatması kimi müştərilərdə inamsızlıq yaradan müxtəlif yollara əl atmasıdır.

Beləcə, bir sığorta şirkəti tərəfindən atılan yanlış addım cəmiyyətdə ümumi anlamda sığorta sisteminə qarşı etibarsızlığı formalaşdırır və bu isə sığorta bazarında dürüst münasibətlər qurmağa çalışan sığorta şirkətlərinin də normal işləməsinə mane olur. Sığorta şirkətlərində kadr çatışmazlığı var.

Göründüyü kimi, ölkədə son illərdə sığorta sektrunun inkişafı adına bir sıra müsbət meyillər cərəyan etsə də, mənfi trendlərin də kifayət qədər olması və sektordakı inkişafa mane olur.

Ölkədə sığortanın inkişaf etdirilməsi üçün dövlət tərəfindən tədqiqat işləri genişləndirilməlidir. Bu yolda dövlətlə birlikdə sığorta qurumları da sığorta bazarının canlanması üçün müəyyən addımlar atmalı, geniş miqyaslı təkliflərlə dövlət qarşısında çıxış etməlidir.

Azərbaycanda sığorta sektorunda canlanmanın yaradılması üçün sığorta şirkətlərinin dövlətlə iş birliyi vacib şərtlərdən biridir.

 

G.HÜSEYNOVA

Yazı MEDİA-nın dəstəyi ilə  “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi  mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb

 

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.