Robert Koçaryan siyasətə qayıtdığını elan edib

Ermənistanın sabiq prezidenti Robert Koçaryan böyük siyasətə qayıtdığını bəyan edib.

Azpost.info bildirir ki, Koçaryan bu barədə “Sputnik Armeniya”ya verdiyi müsahibəsində açıqlayıb.

Koçaryanın sözlərinə görə, hazırda ölkədə aydın və güclü şəxsiyyətlərə böyük ehtiyac yaranıb. O qarşıdakı yeni parlament seçkiləri ikiqütblü- hazırkı iqtidar və onun antipodlarından ibarət olacağını bildirib.  “Adamlar populizmin, rəngli inqilabların ləzzətini, səriştəsiz insanların işinin nəticələrini daddılar. İndi tamam başqa tip və tamam ayrı peşəkar komandaya ehtiyac yaranıb. Ermənistanda belə komanda var”.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İşğaldan azad olunmuş ərazilərdəyəm” –

Sonrakı məqalə

Azərbaycan xristianları 180 ildən sonra ilk dəfə Laçındakı monastıra gedib –