Cənubi Koreyada robot insanı əzərək öldürüb.
Azpost.info bildirir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat verib.
Maşın insanla ərzaq qutularını ayırd edə bilməyib. Məlumata görə, ölən şəxs robototexnika şirkətinin əməkdaşı olub. Onun təxminən 40 yaşı var idi.
İnsident noyabrın 7-də baş verib.
Cənubi Kensan əyalətindəki kənd təsərrüfatı paylama mərkəzində əməkdaş robotun sensorlarını sınaqdan keçirmək istəyib. Bibər qutularını qaldırıb paletin üzərinə qoyan robot görünür nasaz olub. Robot işçinin qutu kimi müəyyən edib, qolu ilə kişinin bədənini konveyer lentinə sıxaraq üzünü və sinəsini əzib.
Həmin şəxs xəstəxanaya aparılıb, lakin aldığı xəsarətlərdən orada ölüb.
Polis çeşidləmə mərkəzində mümkün səhlənkarlıqlarını araşdırmaq niyyətindədir.
Azpost.info