Roma Papası Azərbaycan və Ermənistan sərhədində atəşkəsə əməl etməyə çağırıb

Roma Papası Fransisk Ermənistan-Azərbaycan sərhədində atəşkəs razılaşmasına əməl etməyə çağırıb.

TASS-ın məlumatına görə, Papa Fransisk fikirlərini belə elan edib: “Azərbaycanla Ermənistan arasında baş verən son toqquşma xəbərləri məni incitdi. Mən həlak olanların yaxınlarına mənəvi yaxınlığımı bildirirəm və tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıram. Onlar silahı yerə qoyub dialoqa girəndə sülh mümkündür. Biz əzab çəkən Ukrayna xalqı üçün və müharibədə qanla suvarılan istənilən torpaqda sülh üçün dua etməyə davam edirik”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.