Roma Papası İran XİN rəhbərini qəbul edib –

FOTO
18 May 2021 - 08:53

Roma Papası Fransisk İranın xarici işlər naziri Cavad Zərifi qəbul edib.

Bu barədə Vatikanın mətbuat xidmətindən məlumat verilib.

Danışıqların mövzusu və təfərrüatları açıqlanmayıb.

Məlumata əsasən, Zərif Vatikanda dövlət katibi (hökumət başçısı) kardinal Pyetro Parolinlə də görüşəcək.

Bununla yanaşı, İran XİN başçısı italiyalı həmkarı Luici Di Mayo ilə danışıqlar aparacaq.