Yay mövsümündə uşaqlar üçün təhlükəli meyvələrin adları açıqlanıb

Yay mövsümündə uşaqlar üçün təhlükəli olan meyvələrin adları açıqlanıb. Bunlar şaftalı və ərik, daha doğrusu onların tumlarıdır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə rusiyalı tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

Onun sözlərinə görə, tumların içindəki ləpələrdə zəhərli sianid turşusu var: “Uşaqlıqda özümüz də daşla bu tumları qırır, ləpələrini yeyirdik. Ancaq sianid turşusu hətta ölümlə nəticələnə biləcək zəhərlənmə yaradır. Hər il yayda məhz sionid turşusundan zəhərlənmə ilə əlaqədar bu ləpələri yeyən uşaqların ölümləri qeydə alınır”, – deyə həkim vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Roma Papası İran XİN rəhbərini qəbul edib –

Sonrakı məqalə

Üç ay ərzində Azərbaycana 3 milyard 528 milyon dollarlıq mal idxal edilib