“Roma Papası Rusiya təbliğatının alətinə çevrilib”- PODOLYAK

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Roma Papası Fransiski “Rusiya təbliğatının aləti” adlandırıb.

Azpost.info xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində o, Papanı imperializmi, “Rus dünyası” ideyasını bəyənməkdə ittiham edib.

“Görünür, Papa yenidən Rusiya təbliğatının alətinə çevrilib”, – Podolyak bildirib.

O əlavə edib ki, Roma Papasının katolik gənclərin Ümumrusiya toplantısında etdiyi çıxış müasir humanizm üçün dağıdıcıdır.

Avqustun 25-də videobağlantı vasitəsilə katolik gənclərin görüşündə çıxış edən Fransisk rusiyalı gəncləri heç vaxt miraslarından əl çəkməməyə, müqəddəslərin, hökmdarların – I Pyotrun, II Yekaterinanın böyük Rusiyasının varisləri olduqlarını unutmamağa çağırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.