Romanın mərkəzi meydanlarından birində – Xalq Meydanında “covıd pasportu”na qarşı keçirilən nümayişdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında qarşıdurma olub.
Ümumilikdə etiraz aksiyasında, təxminən, 10 min nəfər iştirak edib.
Nümayişdə ultra sağçı “New Force” partiyasının tərəfdarları da iştirak edib.
Qeyd edək ki, yerli hökumət oktyabrın 15-dən etibarən özəl və dövlət sektorunda çalışan işçilərin “covıd” sertifikatına sahibi olması ilə bağlı qərar verib.