Ronaldo 41 yaşında DÇ-2026-da oynamaq istəyir

30 Oktyabr 2021 - 13:57

“Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq niyyətindədir

Qol.az xəbər verir ki, “The Sun” nəşri məlumat yayıb. Bildirilib ki, 36 yaşlı futbolçu yaxşı fiziki formadadır və Amerikada keçiriləcək turnirə getməyi hədəfləyir.

Ronaldo 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak etsə, bu, onun üçün 6-cı mundial olacaq.  Ronaldonun 2026-cı ildə 41 yaşı olacaq.