Ronaldo “Əl-Nəsr” klubunda qalacaq?

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası Kriştianu Ronaldo ilə müqaviləni uzatmaq istəyir.

Klub 39 yaşlı portuqaliyalı hücumçu ilə danışıqlara başlayıb. Ulduz oyunçuya 2026-cı ilin yayınadək yeni sözləşmə təklif edilib.

Ronaldo hələlik yeni müqavilə bağlamağa tələsmir, lakin Avropaya qayıtmaq və ya başqa kluba keçmək niyyətində də deyil.

Portuqaliya millisinin üzvünün “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Kriştianu Ronaldo “Əl-Nəsr” forması ilə ötən mövsüm bütün turnirlərdə 45 matçda, 44 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.