Ronaldunun sevgilisi onun gələcək karyerasına aydınlıq gətirib

31 May 2021 - 11:02

“Yuventus”un hücumçusu Kriştianu Ronaldunun sevgilisi supermodel Corciniya Rodriges futbolçunun gələcək karyerasına aydınlıq gətirən açıqlama verib.

Bu barədə AS nəşri məlumat yayıb.

Supermodel bəyan edib ki, portuqaliyalı oyunçu “Yuve”də çıxışını davam etdirəcək.

Qeyd edək ki, 36 yaşlı hücumçunun klubla müqaviləsinin müddəti 2022-ci ilin yayında bitir.