Rövnəq Abdullayev işdən azad edilmiş vitse-prezidentlərlə vida görüşü keçirib –FOTO

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və qurumun rəhbər heyəti bir neçə gün əvvəl vəzifələrindən azad edilmiş vitse-prezidentlərlə vida görüşü keçirib. 

Azpost.info bildirir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov bildirib.

“Cənab Prezidentin sərəncamı ilə vəzifələrindən azad olunmuş rəhbər heyətlə görüşdük”-deyə X.Məmmədov görüşdən foto paylaşıb.

 

Qurumun yaydığı məlumatda deyilir ki, iyulun 22-də SOCAR-ın Baş ofisində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə vəzifələrindən azad edilmiş şirkətin vitseprezidentləri ilə görüş keçirilib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüşdə çıxış edərək onlara təşəkkür edib: “Son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları bizim hər birimizə böyük etimad göstərərək qarşımıza yüksək hədəflər qoyub. Cənab Prezidentimizin rəhbərliyi altında həmin hədəflərə çata bilmişik. Şirkətimizin və ölkəmizin böyük inkişafında iştirak etmək imkanını bizə verdiyinə görə cənab Prezidentə minnətdar olmalıyıq.”

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri, o cümlədən şirkətdən ayrılan əməkdaşlar da çıxış edərək onlara göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda B. Hüseynova, D. Məmmədova, M. İsmayılova və T. Qəhrəmanova “Fəxri neftçi” döş nişanı verilmiş və xatirə şəkli çəkdirilib.

Xatırladak ki, Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) dörd vitse-prezidentinin vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Bəhlul oğlu Hüseynov, vitse-prezident Mikayıl İsmayıl oğlu İsmayılov, vitse-prezident Tofiq Ridvan oğlu Qəhrəmanov və şirkətin emal üzrə vitse-prezidenti David Niyazi oğlu Məmmədov vəzifələrindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Binədə kişi 45 yaşlı qadını öldürdü, özünü də asdı –

Sonrakı məqalə

Lənkəranda “patı” satan daha 16 narkotacir həbs edilib –