Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Ruben Vardanyan məsuliyyətə cəlb olunub –

User 28 Sentyabr 2023 - 11:01 (Last updated: 21 May 2025 - 20:15)
vardanyan

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilmişdir ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak etmişdir.

Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirmişdir. Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

https://azpost.info/wp-content/uploads/2023/09/Ermənistan-vətəndasi-R.Vardanyan-təqsirləndirilən-səxs-qismində-məsuliyyətə-cəlb-olunmusdur.mp4

Post navigation

Previous: Separatçı rejimin keçmiş “xarici işlər naziri” Azərbaycana təslim oldu
Next: Xocalıda müsadirə edilən silah-sursatın

Oxşar xəbərlər

erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12

xƏBƏR

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ iqtisadçısı və professor Ceffri Saksla söhbətdə Azərbaycanın enerji siyasəti, Avropa ilə...
Read more about “Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev
65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır? hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.