Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Ruben Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə veriblər

User 10 İyun 2025 - 21:52 (Last updated: 10 İyun 2025 - 21:52)
vardanyan mehkeme ariq

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 10-da davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

İclasın əvvəlində təqsirləndirilən Ruben Vardanyan ittiham aktının surətinin ailə üzvlərinə təqdim olunmasına dair məhkəməyə növbəti vəsatətini təqdim edib və əvvəlki iclaslarda verdiyi vəsatətlərə baxılmasını xahiş edib.

Ruben Vardanyanın vəkili Avraam Berman da onun mövqeyini müdafiə edib.

Hakim Zeynal Ağayev isə bildirib ki, hazırda məhkəməyə təqdim olunan vəsatətlərə artıq əvvəlki iclaslarda baxılıb və müvafiq qərarlar qəbul edildiyindən, onlar bu dəfə müzakirəyə çıxarılmır.

Bundan sonra təqsirləndirilən Ruben Vardanyan yenidən məhkəməyə müraciət edərək təqsirləndirildiyi cinayət işi üzrə ittiham aktının rus dilinə olan tərcüməsinin Azərbaycan dili ilə uyğunluğunun ekspertiza keçirilməklə yoxlanılmasına dair növbəti vəsatətini təqdim edib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov deyib ki, təqsirləndirilən dəfələrlə eyniməzmunlu vəsatətlə təkrarən müraciət edir. Ona görə də vəsatət müzakirə predmeti olmamalıdır.

Ardınca məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirə nəticəsində qəbul edilən qərara əsasən vəsatət təmin olunmayıb.

Sonra məhkəmədə zərərçəkənlər ifadə veriblər.

Zərərçəkmişin hüquqi varisi qismində dindirilən Zavur Bədəlov övladı Cavidan Bədəlovun Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Qədim Xəlilovun atası İlqar Xəlilov və Elnur Səmədovun atası Sədaqət Səmədov da övladlarının Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduqlarını deyiblər.

Hüquqi varis qismində dindirilən Niyaməddin Sadıqov övladı Ceyhun Sadıqovun, digər hüquqi varis Teyyub Əzizalıyev isə övladı Seymur Əzizalıyevin düşmənin təxribatı nəticəsində həlak olduqlarını bildiriblər.

İfadə verən zərərçəkmiş şəxs Elbrus Eminov Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması, Baloğlan Feyzullayev isə onlara tərəf atılmış “F1” əl qumbarasının partlaması nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Zərərçəkmiş şəxs Tural Cəbiyev Xocalıda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşə tutulmaları nəticəsində güllə xəsarəti aldığını bildirib.

Zərərçəkmiş şəxs Toğrul Osmanlı Xocalı istiqamətində düşmən tərəfindən atılmış qumbaranın partlaması nəticəsində qəlpə yaraları aldığını deyib.

Hüseyn Hadıyev ifadəsində Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış mərminin partlaması nəticəsində sağ döş qəfəsindən xəsarət aldığını bildirib.

Zərərçəkən Fərzani Nəcəfzadə isə ifadə verən zaman bildirib ki, düşmən tərəfindən snayper tüfəngindən atılmış güllənin sol çiyninə dəyməsi nəticəsində xəsarət alıb. Bundan sonra yanında olan şəxslər onun yarasına sarğı qoyarkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri dron vasitəsilə onların olduğu yerə qumbara atıb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında bildirib ki, qumbaranın partlaması nəticəsində sol əlindən və sol sifət nahiyəsindən qəlpə yaraları alıb.

Fikrət Məmmədov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərminin partlaması nəticəsində özünün və Nəsimi Məmmədovun yaralandığını söyləyib.

Zərərçəkmiş şəxs Elçin Quliyev Kəlbəcər rayonunda Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində özünün, Rəvan Rzazadənin və Emin Cəfərovun yaralandığını, Tural Cahangirovun və Ruslan Lalayevin isə həlak olduğunu söyləyib.

Şükür Zeynalov ifadəsində Ağdərə istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını bildirib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında zərərçəkmiş şəxs atəşlər nəticəsində həlak olanların olduğunu bildirib.

Zərərçəkmiş şəxs Famil Məmmədov ifadəsində Ağdərədə olan zaman yaxınlığına düşən artilleriya mərmisinin partlaması nəticəsində qəlpə xəsarətləri aldığını deyib.

Ruslan Abbasov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.

Ceyhun Şahnamazlı ifadəsində Xankəndidə düşmən tərəfindən drona kustar üsulla yerləşdirilmiş mərminin partlaması nəticəsində yaralandığını bildirib.

Şakir Fətəliyev ifadəsində artilleriya mərmisinin partlaması nəticəsində xəsarət aldığını deyib.

Zərərçəkmiş Əmir Yusifov ifadəsində Kəlbəcərdə minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib.

Zərərçəkən Elgün Aslanlı ifadəsində qeyd edib ki, o, Laçın istiqamətində düşmənin təxribatına məruz qalıb. E.Aslanlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, atəşlərdən yayınmaq istəyərkən atılan mərmilərdən biri onun 5 metr yaxınlığına düşərək partlayıb, nəticədə müxtəlif bədən xəsarətləri alıb.

Elcan Nağıyev isə bildirib ki, Xocalıda düşmən tərəfindən atılmış “F1” qumbarasının partlaması nəticəsində xəsarət alıb.

Zərərçəkmiş şəxs Elmir Qurbanov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində özünün və digər şəxslərin yaralandığını, həmçinin hadisə zamanı bir neçə nəfərin həlak olduğunu bildirib.

Zərərçəkən Nurlan Musayev dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında bildirib ki, düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində o və daha bir neçə nəfər yaralanıb, hadisə zamanı yanında olan Ömər Şirinov isə həlak olub.

Zərərçəkən Səmran Qurbanlı isə Ağdərə istiqamətində yaralandığını deyib. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında bildirib ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin onun yaxınlığında partlaması nəticəsində həmin vaxt yanında olan Xəyal Canbaxışov həlak olub, o isə müxtəlif xəsarətlər alıb.

Zərərçəkmişlər – Ruslan Şıxıyev Laçında, Vüsal İbrahimov və Elgiz İsmayılzadə Ağdərədə, Pərviz Quliyev, Əhəd Xəlilzadə, Murad Xəlilov, Nəsib Ələkbərov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdıqları atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Məhkəmə prosesində, zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası iyunun 17-nə təyin olunub.

AzPost.az

Post navigation

Previous: Beş kənddə qaz olmayacaq
Next: Azərbaycanın futbol yığması Macarıstana məğlub oldu

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.