Rubio, Vitkoff və Kuşner sabah Ukrayna nümayəndələri ilə görüşəcək

ABŞ dövlət katibi Marko Rubio, Donald Trampın xüsusi elçisi Stiv Vitkoff və ABŞ prezidentinin rəsmi vəzifəsi olmayan qohumu Cared Kuşner bu bazar günü Floridada Ukraynadan gələn nümayəndə heyətini qəbul edəcəklər.

AzPost bildirir ki bu barədə Reuters agentliyi anonim qalmağı istəyən yüksək vəzifəli ABŞ rəsmisinə istinadən xəbər verir.

Andrey Yermakın Prezident Aparatının rəhbəri vəzifəsindən istefasından sonra Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir.

Reuters əvvəllər Rubionun Brüsseldə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşünə qatılmayacağını bildirmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.