Rubl “çökür”, Rusiya Mərkəzi Bankı isə heç bir təhlükə görmür

Rusiya rublu 16 ayın ən aşağı həddinə düşüb. Bir ABŞ dollarının dəyəri 100 rublu keçib.

Azpost.info bildirir ki, “BBC News Biznes”in məlumatına görə,  bu azalma Rusiya iqtisadiyyatına təzyiqin böyüməsi, idxalın ixracdan daha sürətlə artması və Ukraynada gedən müharibəyə görə hərbi xərclərin çoxalması fonunda baş verir.

2022-ci ilin fevralında Ukraynaya hücumdan sonra Rusiya  Qərb dövlətlərinin sanskiyalarına məruz qalıb.

Rusiya Mərkəzi Bankı önəmli faiz artımının mümkün olacağını bildirsə də, ölkənin maliyyə sabitliyinə heç bir təhlükə görmədiyini açıqlayıb.

Rusiya Ukraynanı işğal edəndə bank faiz dərəcələrini 9,5%-dən 20%-ə qaldırıb, lakin qısa müddət sonra onları azaltmağa başladı. Hazırkı faiz dərəcəsi 8,5% -dir. Rusiya Mərkəzi Bankı mümkün faiz artımını müzakirə etmək üçün çərşənbə axşamı fövqəladə iclas keçirək.

Rublun bu il tədricən zəiflədiyini deyən “Rabobank – London”un idarəedici direktoru Ceyn Foleyin sözlərinə görə, iyulun sonundan bu sürət artıb. Zəifləyən rublun ölkənin zəifləmiş fundamental fonunu əks etdirdiyini bildirən Foley qeyd edib ki, hazırda Rusiya büdcəsi kəsirdədir. Bu büdcə Çin və Türkiyədən idxala arxalansa da, ixrac üzərində təzyiqlə üzləşib.

Müharibə başlayandan sonra rubl kəskin şəkildə düşsə də, o, sərmayəyə nəzarət və neft-qaz ixracı ilə dəstəklənib. Müharibədən bəri onun dəyəri dalğalanıb,  lakin Ukraynanın işğalından sonra dollara nisbətdə ümumi dəyərinin dörddə birini itirib.

Bazar ertəsi rubl bir ABŞ dolları üçün 101,04 olub.

“AJ Bell”-in investisiya direktoru Russ Mould bildirib ki, Rusiyanın ticarəti və iqtisadiyyatı neft və qaza görə Qərbin sanksiyalarından təsirlənib. Müharibə başlayandan sonra Rusiyadan neft və qaz idxalına arxalanan bir çox Aİ ölkələri bu ölkədən idxalı dayandırıb və və alternativ təchizatçılar tapmaq öhdəliyi götürüb.

2022-ci ilin dekabrında G7 və Aİ liderləri Rusiyanın neftinin bir bareli üçün 60 dollardan aşağı qiymət həddi təqdim etdi. Bu, Rusiyanın ixrac etdiyi neftin dəyərinin azalmasında müəyyən rol oynadı.

Mould bildirib ki, Rusiyada ixrac azaldığına görə, güclü valyuta daxilolmaları azalıb, idxal isə artır: “Hətta Çin kimi etibarlı ticarət tərəfdaşları belə, rubl almaqdan çəkinirlər”.

O əlavə edib ki, Rusiyanın beynəlxalq ödəniş sistemi olan Swift-dən kənarlaşdırılması Moskvaya zərbə vurub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.