Rüfət Səfərovu öldürməklə hədələyən şəxs polisə aparılıb

17 May 2021 - 10:14

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, hazırda hüquq müdafiəçisi kimi fəaliyyət göstərən  Rüfət Səfərovu ölümlə hədələyən şəxs polisə aparılıb.

Bu barədə R.Səfərov feysbuk səhifəsində məlumat paylaşıb.

Keçmiş müstəntiq qeyd edib ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov ona zəng edib: “Bildirildi ki, əvvəllər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilərək məhkum olunmuş vətəndaş Nasir Əsgərov tərəfindən ölümlə hədələnməyim barədə müraciətim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Vətəndaş Nasir Əsgərovun olduğu yer müəyyən edilərək polisə gətirilib, izahatı alınıb, hazırda araşdırma aparılır.

Ehsan Zahidov təhlükəsizliyimə tam təminat verildiyini bildirdi”.