Rüfət Həsənovun filmi Sarayevo Film Festivalında qalib olub

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi 26-cı Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” nominasiyasında qalib olub.

Bu barədə APA-ya rejissor özü məlumat verib.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssam Elturan Məmmədov, həmprodüsserləri Guillaume De Seille, Kamran Aydinov, prodüsserləri Rüfət Həsənov və Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Orxan Tarıverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov ifa edir.

Filmin baş qəhrəmanı, şahmatçı gənc mənəvi və fiziki təzyiqlərdən başını götürüb vəhşi atlar yaşayan və bir sakini olan adaya qaçır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda Məhərrəm ayı başlayıb

Sonrakı məqalə

Azərbaycanda növbəti qəbul imtahanları keçirilir