Azərbaycanda Məhərrəm ayı başlayıb

Azərbaycanda Məhərrəm ayı başlayıb.

Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatır, yeni 1442-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-ci il avqust ayının 21-nə təsadüf edir.

Məhərrəm ayının 10-u – Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir.

Oktyabrın 8-də Ərbəin olacaq (40 günü).

Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı müraciətində bildirilir ki, koronovirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.  

Hər il ənənəvi olaraq məscidlərdə deyil, pandemiya səbəbindən bu dəfə Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan vermək tövsiyə olunur. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Messi yeni baş məşqçiyə “Barselona”nı tərk etmək istədiyini deyib

Sonrakı məqalə

Rüfət Həsənovun filmi Sarayevo Film Festivalında qalib olub