Ruhani nüvə aliminin qətlə yetirilməsindən sonra təhlükəsizliklə bağlı göstəriş verib

29 Noyabr 2020 - 17:32

İran prezidenti Həsən Ruhani nüvə və raket sistemləri üzrə alim Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Nazirlər Kabinetinin fövqəladə  iclasında çıxış edən H.Ruhani  M.Fəxrizadənin terror edilməsini namərdcəsinə bir addım adlandırıb. Prezident terrorunun ardınca sabitsizlik yaradacaq addımlarla mübarizə və bu kimi halların qarşısını almaq üçün göstəriş verib. 

H.Ruhaninin göstərişinin detalları haqda ətraflı məlumat verilməyib.