Ruhani Türkiyəni Suriyanın şimalında hərbi əməliyyatlardan çəkinməyə çağırıb

İran Prezidenti Həsən Ruhani Türkiyəni təmkinli olmağa və Suriyanın şimalında hərbi əməliyyatlardan çəkinməyə çağırıb.

İRNA-nın verdiyi xəbərə görə, Həsən Ruhani Türkiyənin cənubunda və Suriyanın şimalında təhlükəsizliyin təmin olunması üçün yeganə həll yolunun Suriya ordusu olduğunu deyib.

“Türkiyənin sərhədlərindəki təhlükəsizliklə bağlı narahatlığını başa düşürük. İnanırıq ki, bu narahatlıqların aradan qaldırılması üçün düzgün bir yol qəbul edilməlidir. Biz dost və qardaş qonşumuz Türkiyəni təmkinli davranmağa, qərarını yenidən nəzərdən keçirməyə çağırırıq. Suriyadakı kürdlər Suriya ordusuna dəstək verməlidir”, – deyə İran Prezidenti bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir